Avropa çempionatına gedənlər hərbi kazarmaya salınacaq
01.09.2009 - 15:06
Avropa çempionatına gedənlər hərbi kazarmaya salınacaq
Ukraynanın Donetsk şəhərinin rəhbərliyi 2012-ci ildə keçiriləcək Avropa çempionatının Təşkilat Komitəsinə müraciət edib. Apasport.az saytının məlumatına görə, ukraynalılar yarışın qonaqlarının hərbi kazarmalarda yerləşdirilməsini istəyir.

Şəhərin meri Aleksandr Lukyançenko məsələnin müzakirə olunduğunu və yaxın zamanda qərar qəbul olunacağını bildirib. O, Donetskə axışacaq azarkeş ordusunun hərbi şəhərciyin kazarmalarında məskunlaşmasında problemin olmadığını düşünür.

2004-cü ildə Portuqaliyadakı Avropa, 2006-cı ildə isə Almaniyadakı dünya çempionatında da bu praktikadan istifadə olunduğunu vurğulayan Lukyançenko yaxın günlərdə kazarmaları gəzərək oradakı vəziyyətlə bir daha yaxından tanış olacaq. Mer bunun otel çatışmazlığı ilə bağlı olmadığını açıqlayıb.

Qeyd edək ki, Avropa çempionatının oyunlarını qəbul edəcək şəhərlərdən 5-nin – Kiyev, Polşanın Qdansk, Varşava, Vrotslav və Poznanın yarışa hazır olduğunu qəbul edən UEFA Donetsk, Lvov və Xarkova noyabrın 30-dək vaxt verib. Bu müddətdə ən azı hazırlığın vaxtında yekunlaşacağı ilə bağlı təminat təqdim olunmalıdır.
0