Futbolçunun ayağını kəsdilər
01.09.2009 - 15:15
Futbolçunun ayağını kəsdilər
Danimarkanın “Nordsyelland” klubunun futbolçusu Conatan Rixter həyatının ən ağır dövrünü yaşayır. Məsələ burasındadır ki, 24 yaşlı idmançının ayağı amputasiya olunub. Apasport.az saytının məlumatına görə, Rixteri iyulun 20-də “Nordsyelland”ın əvəzedici heyəti ilə ikinci divizion təmsilçisi “Xvidovre” arasında keçirilən yoldaşlıq görüşündə ildırım vurub.

İldırım zərbəsindən sonra xəstəxanaya yerləşdirilən futbolçu 10 gün komada olub. Həkimlər məcburiyyət qarşısında qalaraq, onun ayağını kəsiblər. Hazırda Rixterin həyatı təhlükədə deyil.
0