Azərbaycan kubokunun püşkatmasının vaxtı müəyyənləşib
01.09.2009 - 17:27
Azərbaycan kubokunun püşkatmasının vaxtı müəyyənləşib
Azərbaycan kubokunun püşkatma mərasiminin tarixi müəyyənləşib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 2009/10 mövsümünün kubok yarışlarının püşkü sentyabrın 4-də atılacaq. Cümə gününə təsadüf edəcək mərasim saat 15:00-da başlanacaq. Tədbir AFFA-nın inzibati binasında keçiriləcək.
0