Rəşad Sadıqovun sabiq baş məşqçisi qovuldu
01.09.2009 - 18:38
Rəşad Sadıqovun sabiq baş məşqçisi qovuldu
Türkiyənin “Dənizlispor” komandasının baş məşqçisi Erhan Altın istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən klubdaxili iclasda mütəxəssislə işbirliyinə son verilməsi qərara alınıb. Ötən mövsümün sonunda istefa verən Məsud Bakkalı əvəzləyən Altının “Dənizlispor” karyerası cəmi 3 oyundan ibarət olub.

4 turu arxada qalan Türkiyə Superliqasında “Fənərbaxça” (0:2), “Qalatasaray” (1:4), “Kayserispor” (0:3) klublarına uduzan Altının yetirmələrinin “Sivasspor”la oyunu təxirə salınıb. Boş qalan baş məşqçi postuna kimin gətiriləcəyinə Nuralla Sağlam və Ləvənt Erişlə danışıqlardan sonra aydınlıq gələcək.

Qeyd edək ki, Altın ötən mövsümün ikinci dövrəsində Azərbaycan futbolçuları Rəşad Sadıqovla Ramal Hüseynovun çıxış etdiyi “Kocaelispor”u çalışdırıb.
0