17 yaşlı futbolçu karyerasını bitirdi
02.09.2009 - 09:38
17 yaşlı futbolçu karyerasını bitirdi
İngiltərənin “Vulverhempton” klubunun futbolçusu 17 yaşında karyerasını bitirmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisinin qapıçısı Daniel Rayt bu addımı məcburiyyətdən atıb.

Belə ki, Şimali İrlandiyanın yeniyetmələrdən ibarət yığmasının oyunçusu ürəyindəki problemlər üzündən yaşıl meydanlarla vidalaşmalı olub. Hələ iyulda milli komanda ilə İsveç səfəri zamanı həkimlər ürəyində ağrılar hiss edən Rayta futboldan getməyi məsləhət görmüşdü. Futbolçu ömrünə son qoymağa qərar verən Daniel isə sevimli idman növündən ayrılmayacaq. Şimali irlandiyalı yeniyetmə artıq məşqçiliyə başlayacağını qətiləşdirib.
0