Bakının “İnter” klubu Ermənistanın ən yaxşı legioneri ilə gücləndi
02.09.2009 - 10:06
Bakının “İnter” klubu Ermənistanın ən yaxşı legioneri ilə gücləndi
Ermənistanda oynamış belaruslu futbolçu Vitali Ledenyov karyerasını Azərbaycanda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, ötən il “Banants” klubunun şərəfini qorumuş 30 yaşlı hücumçu “İnter”ə keçib. Bununla da Vitali 2 il fasilədən sonra yenidən ölkəmizdə oynamaq imkanı qazanıb.

2007-ci ilin fevralında Minsk “Dinamo”sundan İmişlinin “MKT-Araz” klubuna keçən Ledenyov cəmi yarım mövsümdən sonra vətəninə qayıdıb. Ermənistanda da möhkəmlənə bilməyən Vitali orada 6 qol vurub və bu göstərici ilə ölkə birinciliyində 10-cu yeri tutub. Ledenyov özü isə bildirib ki, bədnam qonşularımız onu həmin mövsümün ən yaxşı legioneri sayıblar.

Mənbə: Extratime.az
0