“Qarabağ” dünyanın 10-cu komandası oldu
02.09.2009 - 11:10
“Qarabağ” dünyanın 10-cu komandası oldu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 1 ayda ən böyük tərəqqiyə nail olan klubların adlarını elan edib. Apasport.az saytının məlumatına görə, dünya klublarının reytinq cədvəlində 100 və daha çox pillə irəliləyən komandaların siyahısı açıqlanıb. Planetin yalnız 16 klubu ötən ayla müqayisədə belə inkişaf edə bilib ki, onlar arasında “Qarabağ” da var. Öz mövqeyini 139 pillə yaxşılaşdıran Qurban Qurbanovun yetirmələri bu tərəqqiyə görə dünyanın 10-cu komandası olub. Ən böyük nailiyyətə isə “Emelek” (Ekvador) imza atıb. “Qarabağ” cənubi amerikalıların bacardığını bacarsaydı, dünyanın 26-cı komandası olardı. Bu onları Avropa Liqasından kənarlaşdıran Hollandiya “Tvente”sini 4 pillə qabaqlamağa da imkan verərdi.

klublar

ölkə

02.08.2009

02.09.2009

inkişaf

1

“Emelek”

Ekvador

779

387

392

2

“Ərəb Yunido Kolon”

Panama

588

346

242

3

“Stad Malien”

Mali

540

319

221

4

“River Pleyt”

Uruqvay

493

277

216

5

“Valarenga”

Norveç

600

425

175

6

“Real”

Honduras

475

314

161

7

MOİK

Bolqarıstan

328

174

154

8

“Sürix”

İsveçrə

288

139

149

9

“Feyenoord”

Hollandiya

520

380

140

10

“Qarabağ”

Azərbaycan

418

279

139

11

“Deportivo”

Çili

282

160

122

12

“Odense”

Danimarka

371

249

122

13

“Utrext”

Hollandiya

520

398

122

14

“Lokomotiv”

Moskva, Rusiya

455

334

121

15

“Krılya Sovetov”

Rusiya

496

380

116

16

“Kuensiano”

Peru

288

183

105

0