Denis Kolodin Azərbaycana gəlməyəcək
02.09.2009 - 11:42
2008-ci il Avropa çempionatının bürünc mükafatçısı Denis Kolodin Azərbaycana gəlməyəcək. Apasport.az saytının məlumatına görə, Rusiya milli komandasının müdafiəçisi ayağında cərrahiyyə əməliyyatı ehtiyac olmasa da, 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 14-də Bakıdakı rəsmi görüşdə iştirak edə bilməyəcək. Moskva “Dinamo”sunda oynayan Kolodin ötən bazar Rusiya Premyer Liqasının növbəti turu çərçivəsində “Krılya Sovetov”la səfərdə keçirilən görüşdə əzələsini zədələyib. Almaniyaya müayinəyə yollanan Denisə cərrahi müdaxilə zəruri olmadığı aşkara çıxıb. Bununla belə, ilkin diaqnoza görə müdafiəçinin iki ay yaşıl meydandan kənarda qalacağı gözlənilir. Təkrar müayinə olunmaq üçün iki həftə sonra yenidən Almaniyaya yollanacaq Kolodin taleyinə orada aydınlıq gələcək. Məhz həmin zaman Denisin məhz nə vaxt ümumi qrupda çalışacağı bilinəcək.
Qeyd edək ki, ötən yay milli komandasının heyətində Avro-2008-nin bürünc medalını qazanan Kolodin milli komandamızla martın 28-də Moskvada keçirilən rəsmi oyuna çağırılmışdı.
Qeyd edək ki, ötən yay milli komandasının heyətində Avro-2008-nin bürünc medalını qazanan Kolodin milli komandamızla martın 28-də Moskvada keçirilən rəsmi oyuna çağırılmışdı.
- MLS klubundan ulduz həmləsi - Levandovskidən sonra Qoretska
- Taremidən DÇ narazılığı: "Birlik və mehribanlıq hiss etmirəm"
- Şenol Günəşdən etiraf: "Deyirlər, get, nəvələrinlə oyna"
- Əfsanələr matçı: “Real” “İnter”i məğlub etdi - Emre də meydana çıxdı
- Qakpo üçün 70 milyonluq təklif - Nəhənglər də onu istəyir
0
0