Futbol Federasiyasında görünməmiş hadisə
02.09.2009 - 12:03
Futbol Federasiyasında görünməmiş hadisə
Moldova Futbol Federasiyasında (MFF) görünməmiş hadisə baş verib. Apasport.az saytının məlumatına görə, federasiyanın əməkdaşlarından biri “donuz qripi”nə yoluxduğu üçün qurum karantinə bağlanıb. Bu qərar MFF tibbi xidmətinin təkidindən sonra çıxarılıb.

İşə gələn həmin şəxs isə dərhal xəstəxanaya yerləşdirilib. Ancaq onun adı və vəzifəsi açıqlanmır. Yalnız o məlumdur ki, “donuz qripi”nə yoluxmuş federasiya işçisi bu yaxınlarda İsveçrədən ezamiyyətdən qayıdıb.

Qeyd edək ki, MFF-nin inzibati binasına giriş çox məhdudlaşdırılıb. Ofisə yalnız tənzifli sarğıda olan əməkdaşları buraxırlar.
0