Azərbaycan çempionatı Azercell-in dəstəyi ilə keçiriləcək
02.09.2009 - 12:58
Azərbaycan çempionatı Azercell-in dəstəyi ilə keçiriləcək
AFFA və Azercell arasında mövcud olan əməkdaşlıq müqaviləsi çərçivəsində Azərbaycanda futbolun inkişafı məqsədilə bir sıra layihələr həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir. Apasport.az saytının məlumatına görə, AFFA və Azercell arasında əldə olunmuş razılığa əsasən, bu ildən etibarən U-17 liqası Azercell-in dəstəyi ilə keçiriləcək və Azercell – U-17 liqası adlanacaq.

mənbə: affa.az
0