Dünya çempionatında “müharibə” olacaq
02.09.2009 - 13:45
Dünya çempionatında “müharibə” olacaq
Gələn il CAR-da keçiriləcək dünya çempionatının iştirakçıları canlı “müharibə”nin şahidi olacaq. Apasport.az saytının məlumatına görə, 2010-cu ilin ən böyük idman yarışı sürücülər arasında çaxnaşma yaradacaq. Artıq avtobus və taksi sürücüləri arasında silahlı dava-dalaşın startı da verilib. Bütün bunlara ölkə rəhbərliyinin nəqliyyat sisteminə ekspress avtobuslar daxil etməsi səbəb olub. Taksilər qazanclarının azalacağını iddia edərək, əsas marşrutlarda yeni avtobusların hərəkətinə mane olmağa çalışır. Bəzi yolları kəsən narazıların gecə baş verən atışma ilə bağlı olduğu ehtimal olunur. Belə ki, Yohannesburq ətrafında hərəkət edən avtobusa atəş açılıb. CAR-dakı taksi biznesinin qanqsterlərin nəzarətində olduğunu yaxşı bilən yerli ekspertlər dünya çempionatı zamanı problemin daha qabarıq şəklə düşəcəyini gözləyir. Yarışın təşkilatçıları isə təhlükəsizlik üçün cəlb olunan polislərin buna imkan verməyəcəyini iddia edir.
0