Ballak: Azərbaycanla oyunda sübut etməliyik ki...
02.09.2009 - 13:56
Ballak: Azərbaycanla oyunda sübut etməliyik ki...
“Milli komandamızın oyununun ötən il daha yaxşı olması haradasa düzdür. Ancaq Azərbaycanla görüş ciddi nəticə çıxarılması üçün nəzərə alınmamalıdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində rəqibi olan Almaniya yığmasının kapitanı Mihael Ballak deyib.

Londonun “Çelsi” klubunda çıxış edən 33 yaşlı yarımmüdafiəçi milli komandasının ötən il daha yaxşı səviyyədə olmasını qəbul edir. Ancaq bununla belə, Ballakın gələn il Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatında birbaşa vəsiqə qazanacaqlarına inamı böyükdür: “Biz ötən ilin sentyabrında Rusiya yığması ilə görüşdəki səviyyəmizdən xeyli uzağıq. Qarşıdakı oyunumuz Cənubi Afrika Respublika ilə yoldaşlıq görüşüdür. Bundan sonra isə yenidən Azərbaycanla görüşəcəyik. Bu oyun sübut etməlidir ki, biz ruslarla qrupda mübarizə apardığımız 1-ci yeri tutmağa layiqik. Rəqibin səviyyəsi sübut etdi ki, biz onları məğlub edə bilərik”.

Qeyd edək ki, Almaniya – Azərbaycan oyunu sentyabrın 9-da Hannover şəhərində keçiriləcək.
0