Gürcüstan çempionu ölkəmizə gəlir
02.09.2009 - 16:02
Gürcüstan çempionu ölkəmizə gəlir
Azərbaycan Premyer Liqasının IV turuna hazırlaşan Zaqatalanın “Simurq” klubu çempionatda yaranan boşluqdan yararlanıb daha iki yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, “Bakı" ilə oyuna qədər Roman Pokoranın yetirmələri iki dəfə qüvvəsini sınamaq üçün meydana çıxacaq. İlk oyun sabah baş tutacaq. Mingəçevirə yollanacaq “Simurq” orada "Turan"la qarşılaşacaq. Sentyabrın 6-da isə Gürcüstan çempionatının son qalibi "VİT-Corciya" Zaqatalada qonaq olacaq. Meydan sahibləri Gürcüstan çempionu ilə Zaqatala stadionunda görüşəcək.
Qeyd edək ki, “Bakı” – “Simurq” matçı sentyabrın 12-də keçiriləcək.
0