Yurgen Klinsman Berti Foqtsa qarşı?
02.09.2009 - 17:08
Yurgen Klinsman Berti Foqtsa qarşı?
Almaniya yığmasının məşqçilər korpusunda yenilik olacaq. Apasport.az saytının məlumatına görə, tanınmış mütəxəssis Yurgen Klinsman sentyabrın 9-da Azərbaycan milli komandasını Hannover şəhərində qonaq edəcək bundestimə qayıtmağa hazırlaşır.

Məşhur “Bild” nəşri bu dönüşün qısa zamanda reallaşacağını yazır. “Bavariya”nın sükanı arxasında işləri yaxşı getməyən Klinsman hələ ötən mövsüm bitməmiş qovuldu. İndi onun vaxtilə baş məşqçisi olduğu bundestimə məsləhətçi təyin olunması gündəmdədir. Yəni, Klinsman hazırkı baş məşqçi Yoahim Lövə məsləhətlərini verəcək. Maraqlısı isə odur ki, Klinsman milli komandanın sükanı arxasında olanda məhz Löv onun köməkçisi idi. 45 yaşlı mütəxəssis yığmadan gedəndən sonra baş məşqçi postunu Lövə təhvil verdi.
0