Messinin “gizli” şəkilləri aşkarlandı - FOTOSESSİYA
02.09.2009 - 17:22
Messinin “gizli” şəkilləri aşkarlandı - FOTOSESSİYA
Argentina yığmasının və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi hələ uşaq olarkən həmyaşıdlarına bənzəmirmiş. Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumameylli yarımmüdafiəçinin bu idman növündəki ilk addımlarını, ilk uğurlarını əks etdirən şəkillər mediaya sızıb.

5-8 yaşlarında “Qrandoli”nin uşaq komandasında top qovan Lionel baş məqşçisi Oskar Lopesin də diqqətini cəlb etmişdi. Çalışdırıcı bu uşağın digərlərindən aşkar fərqləndiyini dönə-dönə deyib. Ən maraqlısı isə Messinin karyerasında Maradona imzasının olmasıdır. Lionel hələ 5 yaşında ikən karyerası ərzində qazandığı ilk kuboku başı üzərinə qaldırır.

Həmin anı əks etdirən şəklin jurnalistlərin əlinə keçməsi daha bir faktın üstünü açır. Şəklin üstündə avtoqraf var. Balaca Lionel şəklinin argentinalılar üçün futbol “tanrısı” olan Dieqo Maradonanın imzalamasını istəyibmiş. İndi Argentina yığmasının baş məşqçisi olan əfsanə vaxtilə avtoqraf verdiyi uşağa artıq millidə güvənir.
0