4 klub Azərbaycan kubokuna qatılmaqdan imtina etdi
02.09.2009 - 17:36
4 klub Azərbaycan kubokuna qatılmaqdan imtina etdi
Azərbaycan kuboku uğrunda 2009/10 mövsümünün iştirakçıları müəyyənləşib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yeni mövsümdə Premyer Liqadan fərqli, birinci divizionun bütün komandaları turnirə qatılmayacaq.

Aşağı divizionda yarışan 12 komandadan 8-i – “Bakılı”, MOİK, “Şahdağ”, “Anşad-Petrol”, “Gəncə”, “MKT-Araz”, “Neftçi İSM” və “Rəvan” klubları ölkə kuboku uğrunda mübarizə aparacaq. “Göyəzən” yenə də kubokda çıxış etməyi lazım bilməyib. Onunla yanaşı, “Ədliyyə”, ABN-Bərdə” və “Energetik” klubları turnirin iştirakçıları arasında yer almayıb. Ölkə kuboku uğrunda mübarizə aparanların əksəri Premyer Liqa təmsilçiləri – “Bakı”, “İnter”, “Simurq”, “Xəzər-Lənkəran”, “Qarabağ”, “Olimpik-Şüvəlan”, “Standard”, “Neftçi”, “Karvan”, “Qəbələ”, “Turan” və “Muğan” klublarıdır.

Qeyd edək ki, ölkə kubokunun püşkü sentyabrın 4-də saat 15:00-da atılacaq. Turnirin 1/16 final mərhələsinin ilk oyunları sentyabrın 16-17-də, cavab görüşləri bir həftə sonra keçiriləcək.
0