“O vaxtla müqayisədə Azərbaycan yığması çox inkişaf edib”
02.09.2009 - 18:02
“O vaxtla müqayisədə Azərbaycan yığması çox inkişaf edib”
“Ötən seçmə mərhələdə Azərbaycana uduzmağımızı hələ də xatırlayıram. İndi rəqibimiz o vaxtla müqayisədə daha güclüdür. Bu müddətdə onlar xeyli inkişaf edib”. Apasport.az saytının məlumatına görə, bu sözləri Finlandiya milli komandasının futbolçusu Yonas Kolkka deyib.

Hollandiyanın “Breda” klubunun 35 yaşlı yarımmüdafiəçisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Azərbaycan milli komandasına qarşı oyunun çətinliyini yaxşı dərk edir: “Bizi heç də asan oyun gözləmir. Hələ öz meydanımızdakı qarşılaşmada da onlar sonadək bizə müqavimət göstərmişdi. Lakin mənə elə gəlir ki, öz oyunumuzu oynasaq, Azərbaycanı məğlub edə bilərik. O ki qaldı, bəzilərinin 30 dərəcə istidən dəm vurmasına, bu boş şeydir. Matç axşam keçiriləcək və hava şəraiti hər hansı üstünlük vermir”.

0