Elano öz çıxışına qiymət və söz verdi
02.09.2009 - 19:04
Elano öz çıxışına qiymət və söz verdi
“Ankaraspor”la oyunda yadımda bir vəziyyət qalıb. İlk hissədə bir zərbə vurdum ki, onda da qapıçı əla reaksiya göstərdi. Bu görüşdəki çıxışıma 10 ballıq sistemlə 5 yetərli olar. Amma görəcəksiniz, zaman keçdiksə bunu yüksəldəcəyəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qalatasaray”ın yeni transferi Elano Blumer deyib.

Braziliya yığmasının da üzvü olan 28 yaşlı hücumameylli yarımmüdafiəçi Türkiyə Superliqasının son turunda “Ankaraspor”la görüşdə əsas heyətdə meydana çıxsa da, 60-cı dəqiqədə əvəzlənib. Elano fiziki planda tam hazır olmadığını gizlətmir: “Bir az da zaman istəyirəm. Liqada yaranan fasilə mənim üçün çox yaxşı oldu. Braziliya milli komandasında olduğum müddətdə üzərimdə çox işləyib, fiziki hazırlıqda çatışmazlıqları aradan qaldırmağa çalışacağam. Yığmadan qayıdandan sonra daha yaxşı Elano seyr edəcəyinizə zəmanət verə bilərəm”.

Qeyd edək ki, Elano mövsümlərarası fasilədə “Qalatasaray”a “Mançester Siti” klubundan gəlib.
0