Türkiyə yığması Ermənistan milli komandasına rüşvət verib?
03.09.2009 - 10:03
Türkiyə yığması Ermənistan milli komandasına rüşvət verib?
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə ilə oyuna hazırlaşan Bosniya-Hersoqovina mətbuatında ortaya maraqlı iddia atılıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 9-da keçiriləcək Bosniya-Hersoqovina - Türkiyə qarşılaşmasından əvvəl meydandan kənarda oyunlar oynanmağa başlayıb.

Belə ki, türklərin şənbə günü Bosniya ilə qarşılaşacaq Ermənistan yığmasına pul təklif etməyə hazırlaşdığı iddia edilib. Bosniya-Hersoqovina millisinin baş məşqçisi isə belə şaiyələrə inanmadığını deyib: “Belə sözlərə inanmıram. Çünki Türkiyə ilə Ermənistan arasında tarixi düşmənçilik var. 100 illik düşmən olan bu xalqlar arasında belə bir işbirliyi qurulacağına ehtimal vermirəm”.

Bununla belə, bosniyalı məşqçi pulun hər şeyə qadir olduğunu da bildirib: “Pulun açmayacağı qapı yoxdur. Bunu unutmamaq lazımdır. Belə şeylər futbolda olur. İnanmıram, amma belə xəbərlər eşitmişik. Futbol böyük bir ticarət məkanı olub”.

Anspress.com
0