“Bakı”nın futbolçusu Azərbaycan yığmasından kənarlaşdırıldı
03.09.2009 - 10:12
“Bakı”nın futbolçusu Azərbaycan yığmasından kənarlaşdırıldı
“Bakı” klubunun futbolçusu Cəmşid Məhərrəmov Azərbaycan milli komandasının heyətindən kənarlaşdırılıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 26 yaşlı yarımmüdafiəçi sentyabrın 5-də Finlandiya ilə qarşılaşacaq yığmamıza kömək edə bilməyəcək. Buna Məhərrəmovun zədələnməsi səbəb olub.

Qeyd edək ki, Cəmşid dünya çempionatının seçmə oyunlarına hazırlaşan millinin düşərgəsinə “Bakı” Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra qatılmışdı.
0