Finlandiya milli komandası Bakıya gələsi olmadı
03.09.2009 - 10:15
Finlandiya milli komandası Bakıya gələsi olmadı
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də keçiriləcək matçda Azərbaycan milli komandası ilə qarşılaşacaq Finlandiya yığmasının ölkəmizə gələcəyi vaxt müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, skandinaviyalılar Bakıya gələsi olmayıb.

Belə ki, səfəri çarter reysi ilə gerçəkləşdirəcək finlandiyalılar birbaşa oyunun keçiriləcəyi Lənkərana gələcək. Britaniyalı baş məşqçi Stüart Baksterin yetirmələri sabah ölkəmizdə olacaq. Rəqib komandanı gətirən təyyarə saat 17:25-də Lənkəran Hava Limanına enəcək.
0