Ballak Azərbaycanla oyun öncəsi problemini həll etdi
03.09.2009 - 10:36
Ballak Azərbaycanla oyun öncəsi problemini həll etdi
Almaniya yığmasının kapitanı Mihael Ballak Azərbaycanla oyun öncəsi problemini həll edib. Apasport.az saytının məlumatına görə, qasıq nahiyəsində zədəsi olan 33 yaşlı yarımmüdafiəçi milli komandamızla sentyabrın 9-da Hannover şəhərində keçiriləcək görüşdə iştirak edə biləcək. Ballakla yanaşı, Bundestimin əsas qapıçısı Robert Enke də komanda ilə birgə hazırlığa qatılıb. Hər iki futbolçunun yığmamızla oyunda əsas heyətdə meydana çıxması nəzərdə tutulub.

Milli komandanın düşərgəsinə xəstə gələn Enke qripdən qurtulub. İndi bundestimin baş məşqçisi Yoahim Lövü digər iki futbolçunun problemi qayğılandırır. Belə ki, yarımmüdafiəçi Məsut Özillə hücumçu Lukas Podolskinin Azərbaycanla görüşdə iştirakı hələ də sual altındadır. Məsutu əvvəlki kimi dizindəki ağrılar narahat edir, Lukas isə əzələsindəki problemin əziyyətini çəkir. Hər iki futbolçu hələ də ümumi çalışmalarda yer almır.

Qeyd edək ki, Özüldən fərqli olaraq Podolski milli komandamızla avqustun 12-də Bakıda keçirilən rəsmi oyunda (0:2) iştirak etməyib.
0