Kamran Ağayev: Biz ilk növbədə vətənpərvər olmalıyıq
03.09.2009 - 10:50
Kamran Ağayev: Biz ilk növbədə vətənpərvər olmalıyıq
“Finlandiya ilə oyunda meydana çıxıb-çıxmayacağım baş məşqçinin səlahiyyətlərində olan məsələdir. Məsləhət bilsələr, meydana çıxıb komandamıza kömək edəcəyəm. Əks halda, ehtiyatda qalsam belə yığmamız üçün əlimdən gələni etməyə hazıram”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev deyib.

Sentyabrın 5-də Lənkəranda keçiriləcək dünya çempionatının Finlandiya ilə səfər oyununda qələbənin mümkünlüyünü bildirən futbolçu bunun üçün nəyin lazım olduğunu açıqlayıb: “Finlandiya yaxşı, güclü komandadır. Rəqibin hər hansı oyunçusuna qarşı yox, sırf komandaya qarşı hazırlaşmışıq. Lənkərana qələbə dalınca gəlmişik. Bunun üçün isə bizə ilk növbədə vətənpərvərlik lazımdır. Bundan başqa hamımızın eyni məqsədlə meydana çıxıb mübarizə aparmalıyıq”.
0