“Saturn”un hücumçusunu Bakıya gəlməyə qoymadılar
03.09.2009 - 11:15
“Saturn”un hücumçusunu Bakıya gəlməyə qoymadılar
Azərbaycan yığmasının rəqibi ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə oyununda yığmamızla qarşılaşacaq Belarus millisi aparıcı futbolçularından birini itirib. Belə ki, Rusiyanın “Saturn” klubunda çıxış edən Vladimir Yurçenko sentyabrın 9-da Bakıda keçiriləcək görüşdə iştirak etməyəcək. Buna gənc hücumçunun zədəsini təzələməsi səbəb olub. İkinci dəfə eyni yerdən xəsarət alan oyunçu heyətdən çıxarılıb.
0