AFFA Lənkəranda qol vuranları mükafatlandıracaq
03.09.2009 - 11:33
AFFA Lənkəranda qol vuranları mükafatlandıracaq
AFFA Lənkəranda top paylayır. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, bölgələrdə futbolun kütləviliyinin artırılması, uşaq və yeniyetmələrin bu idman növünə marağının gücləndirilməsi məqsədilə qurumun həyata keçirdiyi tədbirlər davam edir.

Bu gün və sabah saat 17:00-dan 20:00-dək Lənkərandakı Heydər Əliyev adına Mərkəzi parkda növbəti belə tədbir təşkil olunacaq. AFFA tərəfindən quraşdırılmış xüsusi qapılara qol vura bilən 14 yaşadək uşaqların hər biri top qazanacaq.

Qeyd edək ki, “Qol vur, top qazan” layihəsindən olan tədbirlər Lənkərana qədər Bakıda da təşkil olunub.
0