Madonna “Levski”ni pis günə qoyub
03.09.2009 - 12:00
Madonna “Levski”ni pis günə qoyub
Məşhur müğənni Madonna Bolqarıstan milli komandasının baş məşqçisi Stanimir Stoilovun qəzəbinə tuş gəlib. Apasport.az saytının məlumatına görə, sentyabrın 5-də dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək bolqarların çalışdırıcısı Hollivud ulduzu ilə yanaşı, onun pərəstişkarlarını da ittiham edib.

Məsələ ondadır ki, Çernoqoriya ilə qarşılaşmanın keçiriləcəyi stadionda konsert verən Madonnaya tamaşa etmək istəyənlər “Vasil Levski”nin ot örtüyünü pis günə qoyublar. Stoilov isə yığmadan bir həftə əvvəl baş verənləri cinayətə bənzədir: “Ot örtüyü, sadəcə məhv edilib. Meydanda ot deyilən şey qalmayıb. Bu insanlar qazonla necə rəftar etməyi belə başa düşmürlər. Belələrini futbola qarşı cinayət törətməkdə ittiham etmək lazımdır”.
0