Azərbaycan - Finlandiya oyununa 7 min bilet satılıb
03.09.2009 - 12:42
Azərbaycan - Finlandiya oyununa 7 min bilet satılıb
Azərbaycan milli komandasının Finlandiya yığması ilə sentyabrın 5-də Lənkəranda keçiriləcək oyuna maraq artıb. Apasport.az saytının Lənkərana ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu günədək 7000 bilet satılıb. Satışa ümumilikdə 12000 biletin çıxarıldığını nəzərə alsaq, artıq bunun yarıdan çoxu sahiblərinə qismət olub.

Əsas maraqlı məqam ondan ibarətdir ki, tələbatın artması ilə əlaqədar Bakıdan da bura biletlərin gətirilməsi nəzərdə tutulub. Əvvəldən belə planlaşdırılmışdı ki, biletlərin 70 faizi oyun keçirilən məkanda, qalan 30 faizi isə paytaxtda satılsın. Lənkəranda biletlərin sürətlə satılması Bakıdan biletlərin istənilməsinə səbəb olub.

Qeyd edək ki, Azərbaycan – Finlandiya oyunu saat 20:00-da başlayacaq.
0