“Bu sözləri Azərbaycan yığması haqda demək olmaz”
03.09.2009 - 13:53
“Bu sözləri Azərbaycan yığması haqda demək olmaz”
“İlk oyunda Şotlandiyaya uduzmuşduq. Etiraf etməliyik ki, britaniyalılar çox güclü rəqib idi. Azərbaycan yığması haqda isə bu sözləri demək olmaz”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Albaniya milli komandasının futbolçusu Sabien Lilay deyib.

“Tirana” klubunun hücumçusu Avropa çempionatının sentyabrın 5-də keçiriləcək seçmə oyununda qarşılaşacaqları Azərbaycan yığması ilə oyun haqda fikirlərini açıqlayıb: “Onlar elə bizim səviyyədə olan komandadır. Bu isə qələbə qazanmağımızın mümkünlüyündən xəbər verir. Elə buna görə də ümidlərimizi bu qarşılaşmaya bağlamışıq. Məqsədimiz də qələbə qazanmaqdır”.

Qeyd edək ki, şənbə günü Durres şəhərinin “Niko Dovana” stadionunda keçiriləcək qarşılaşma yığmamızın cari seçmə mərhələdə ilk oyunu olacaq. Artıq iki matça çıxan albanlar isə Şotlandiya ilə oyunlarda 0:1 və 2:5 hesabı ilə uduzub.
0