Azərbaycan yığması sentyabrın 5-də öz meydanında uduzmur
03.09.2009 - 23:00
Azərbaycan yığması sentyabrın 5-də öz meydanında uduzmur
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu Finlandiya ilə keçirəcək Azərbaycan yığması tarixində üçüncü dəfə sentyabrın 5-də meydana çıxacaq. Apasport.az saytının məlumatına görə, bu tarixdə heç vaxt Respublika stadionunda oynamayan komandamız bu dəfə də ənənəyə sadiq qalır.

Skandinaviyalıları Lənkəran şəhər stadionunda qəbul edəcək seçməmiz sentyabrın 5-də keçirilən əvvəlki görüşlərdə 1 heç-heçə edib və 1 dəfə məğlub olub. 8 il əvvəl Makedoniya ilə görüşən millimiz “Şəfa” stadionunu 1:1 hesablı heç-heçə ilə tərk edib. 11 il əvvəl isə Slovakiyada keçirilən səfər matçında meydan sahibləri 3 cavabsız qolla qalib gəlib.

İndiyədək 5 dəfə sentyabrın 5-də meydana çıxan Finlandiya yığması bu tarixdə səfərdə oynaya bilmir. 1948-ci ildə onlar Norveçdən 2 cavabsız qol buraxmaqla qayıdıb. Finlərin bu tarixdəki digər 4 oyun öz meydanında keçirilib. 2001-ci ildə Yunanıstanı 5:1, 1998-ci ildə Moldovanı 3:2 üstələyən skandinaviyalılar 1926-cı ildə Estoniya ilə bacarmayıb – 1:1. 1937-ci ilin 5 sentyabrında isə Norveç yığması Finlandiyada da qalib gəlib – 2:0.
0