“Lənkəranda heç-heçə etmək də olmaz”
03.09.2009 - 23:16
“Lənkəranda heç-heçə etmək də olmaz”
“Mən həmişə yığmaya uğurlar diləmişəm. Nə kömək lazımdırsa, demək olar bir əsgər kimi hazıram”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Mircavadov bildirib ki, Finlandiya millisini Lənkəranda qəbul edəcək yığmamızın xal itirməyə haqqı yoxdur: “Hətta deyərdim ki, heç-heçə etmək də olmaz”.
0