Futbolçunun karate fəndi...
03.09.2009 - 14:28
Futbolçunun karate fəndi...
Boliviyalı futbolçu Serxio Haureqiyə karate fəndi baha başa gəlib. Apasport.az saytının məlumatına görə, əvvəllər milli komandaya cəlb olunan “Bluminq” klubunun müdafiəçisi Boliviya çempionatında “Oriente Petrolero”nin uruqvaylı hücumçusu Leonardo Medinanın başına ayaqla zərbə vurduğu üçün bir illik cəzalandırılıb.

Oyun epizodlarının birində rəqibin dirsəyi ilə sifətindən zərbə alan Serxio bundan sonra onun üzərinə cumub. Baş hakim dalaşanları ayıraraq, onların hər ikisini meydandan qovub. Hirsi soyumayan Haureqi Medina tunellə gedərkən ona ayağı ilə vurub. Bundan sonra Leonardoya tibbi yardım tələb olunduğu üçün xəstəxanaya aparılıb. Səhvini başa düşən Serxio xəstəxanaya gələrək, zərbə vurduğu həmkarından üzr istəyib və hətta ona bütün müalicə xərclərini ödəməsini də təklif edib.
0