“Azərbaycan yığması nəsə etməyə çalışacaq”
03.09.2009 - 14:41
“Azərbaycan yığması nəsə etməyə çalışacaq”
“Azərbaycan milli komandası bizə qarşı öz meydanında oynayacaq. Bu isə o deməkdir ki, onlar hücum futbolu göstərməyə məcburdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Finlandiya yığmasının futbolçusu Berat Sadik deyib.

Sentyabrın 5-də Lənkəranda keçiriləcək dünya çempionatının seçmə oyununda Azərbaycanla qarşılaşacaq skandinaviyalıların gənc oyunçusu matç ərəfəsində nikbindir. İndiyədək millidə 3 qarşılaşmaya çıxan 23 yaşlı ucaboy futbolçu səfərdə oynamağın üstünlüyünü də izah edib: “Rəqibimiz geniş azarkeş auditoriyası qarşısında nə isə nümayiş etdirmək istəyəcək. Bizim məqsədimiz isə oyunu nəzarətdə saxlayıb qələbə qazanmaqdır. Düşünürəm ki, taktiki cəhətdən savadlı oynasaq, buna nail olarıq”.
0