Əhməd Yanuzi: Biz Azərbaycan yığması ilə müqayisədə daha güclüyük
03.09.2009 - 14:53
Əhməd Yanuzi: Biz Azərbaycan yığması ilə müqayisədə daha güclüyük
Sentyabrın 5-də Avropa çempionatının seçmə oyununda Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası ilə qarşılaşacaq Albaniya yığmasının aparıcı üzvü Əhməd Yanuzi yerli telekanalların birinin qonağı olub. Apasport.az saytının məlumatına görə, Ukraynanın “Vorskla” klubunda çıxış edən gənc futbolçu 2 gün sonra keçiriləcək oyun haqqında fikirlərini də açıqlayıb. Öz komandasında ölkə xaricində çıxış edən yeganə futbolçu olan Əhməd daha güclü olduqlarını iddia edir: “Fikrimcə, biz Azərbaycan yığması ilə müqayisədə daha güclüyük. Lakin futbol meydanında nələrin yaşanacağını əvvəlcədən heç kim deyə bilməz. Biz də qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çünki bu yoldaşlıq oyunu yox, seçmə matçdır. Və komandamıza qələbə lazımdır”.
0