Fatih Terim “Roma”nın təklifini rədd edib
03.09.2009 - 15:36
Fatih Terim “Roma”nın təklifini rədd edib
Türkiyə yığmasının baş məşqçisi Fatih Terim İtaliyanın “Roma” klubundan aldığı təklifi rədd edib. Apasport.az saytının məlumatına görə, 56 yaşlı mütəxəssis Luçano Spalettinin istefasından sonra paytaxt təmsilçisinin baş məşqçi postuna namizəd olub. Ancaq Terim onunla maraqlanan italyanların dəvətini qəbul etməyib: “Milli komanda ilə 4 vacib oyunum var. Bu təklifi düşünmək fikrim belə yoxdur”.

Qeyd edək ki, Spaletti İtaliya A seriyasının son turunda evdə “Yuventus”dan aldığı məğlubiyyətdən (1:3) sonra rəhbərliyə istefa ərizəsi ilə müraciət edərək, 4 il çalışdırdığı klubdan ayrılıb. Onu bu postda həmyerlisi, sonuncu iş yeri elə “Yuventus” olan Klaudio Ranyeri əvəzləyib.
0