Finlər nə bilir, ləvəngi nədir...
03.09.2009 - 16:04
Finlər nə bilir, ləvəngi nədir...
Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsində rəqibi olan finlər Lənkərana aşpaz göndərib. Apasport.az saytının Lənkərana ezam olunmuş müxbirinin verdiyi məlumata görə, milli komandasından əvvəl ölkəmizə təşrif buyuran həmin şəxs Finlandiya Futbol Federasiyasının xətti ilə gəlib. Qidalanma məsələsinə xüsusi diqqət yetirən finlər ərzaqları özləri ilə gətirəcəklər. Lənkəranda qalacaqları “Qala” otelində şəraitlə maraqlanan aşpaz hətta orada qəhvə hazırlayan maşının olması ilə maraqlanıb. Finlandiyadan gələn turistlər cənub şəhərində tək-tük gözə dəyirlər. Sentyabrın 5-də keçiriləcək rəsmi oyunda 40-a yaxın fin azarkeşinin Lənkəran mərkəzi stadionunda yer alacağı gözlənilir.

Qeyd edək ki, Finlandiya yığmasını gətirən təyyarə sabah günün ikinci yarısında Lənkəran beynəlxalq hana limanına enəcək.
0