AFFA lənkəranlı uşaqları topla sevindirdi
03.09.2009 - 16:50
AFFA lənkəranlı uşaqları topla sevindirdi
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə bölgədə növbəti tədbir baş tutub. Apasport.az saytının Lənkərana ezam olunmuş müxbirinin verdiyi məlumatına görə, şəhərdəki Heydər Əliyev adına Mərkəzi parkda başlanan tədbirdə 14 yaşadək uşaqlar iştirak edib. Onlar AFFA tərəfindən quraşdırılmış xüsusi qapılara qol vurmaq bacarığını nümayiş etdiriblər. Tədbirdə iştirak edən 300-ə yaxın uşağa top hədiyyə olunub.

Qeyd edək ki, tədbirdə məqsəd bölgələrdə futbolun kütləviliyinin artırılması, uşaq və yeniyetmələrin bu idman növünə marağının gücləndirilməsidir.
0