Yığmamızın rəqibi: biri gəldi, ikisi qayıtdı
03.09.2009 - 17:15
Yığmamızın rəqibi: biri gəldi, ikisi qayıtdı
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilə qarşılaşacaq Albaniya yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, sentyabrın 5-də keçiriləcək matç ərəfəsində baş məşqçi Arman Buşati heyəti gücləndirməyə nail olub. Cari seçmə mərhələdə komandasının iki qolundan birinin müəllifi olan Emilyano Vilanı da komandaya cəlb edən mütəxəssis Frank Veliu və Hair Zekirinin qayıdışına da sevinə bilər. Bu gənc oyunçular əvvəldən Buşatinin siyahısında yer alsa da son günləri əsas milli komandanın düşərgəsində keçirmişdi. Lakin yığmaya lazım olmayan cütlük yenbidən U-21-ə qaytarılıb.
0