Türkiyədə ən bahalı komanda hansıdır?
03.09.2009 - 17:32
Türkiyədə ən bahalı komanda hansıdır?
“Fənərbaxça” Türkiyə Superliqasının ən bahalı heyətə malik klubudur. Apasport.az saytının məlumatına görə, bu komandanın sıralarında olan futbolçular ümumilikdə 118 milyon 850 min avro dəyərindədir. Onun ən yaxın izləyiciləri Türkiyənin digər böyük klubları – “Qalatasaray” (117 milyon 950 min avro), “Beşiktaş” (100 milyon 450 min avro) və “Trabzonspor”dur (60 milyon 650 min avro). Bu sıralamada son yeri Superliqanın yeni klublarından olan “Diyarbəkirspor” (16 milyon 150 min avro) tutur.

“Qalatasaray”ın yeni kapitanı, Türkiyə milli komandasının da liderlərindən olan Arda Turan Superliqanın ən dəyərli futbolçusudur. Belə ki, 22 yaşlı istedadlı futbolçunun transfer məbləği 15 milyon avro qiymətləndirilir. Ardanın “Qalatasaray”da braziliyalı komanda yoldaşı Elano Blumerlə “Fənərbaxça”nın ispan hücumçusu Daniel Quizanın 12,5 milyon avro qiyməti var. Sonrakı yerləri “Fənərbaxça”nın braziliyalı kapitanı Aleks (12 milyon), “Beşiktaş”lılar – almaniyalı Fabian Enstlə braziliyalı Bobo (hərəsi 8 milyon avro), “Trabzonspor”un qvineyalı İbrahim Yattara (5,5 milyon avro) və türkiyəli hücumçusu Gökhan Ünal (5 milyon avro) tutur.

Qeyd edək ki, Türkiyə Superliqasının dəyəri 762 milyon 900 min avrodur.
0