Premyer Liqanın futbolçusu zorlamada ittiham olunur - FOTO
03.09.2009 - 18:00
Premyer Liqanın futbolçusu zorlamada ittiham olunur - FOTO
Ukraynanın Ujqorod şəhərinin sakinlərindən biri “Zakarpatye” klubunun futbolçusu Çarles Nevuçe ilə bağlı şikayət edib. Apasport.az saytının məlumatına görə, yerli milis idarəsinə müraciət edən qadın nigeriyalı futbolçunun onu zorlamasından şikayətlənir. Qız ərizədə olanları belə göstərib: “Çarles, onun dostu və mən şəhərdəki barların birində oturub bir az içdik. Sonra şəhər ətrafına çıxıb sakit yer tapdıq”.

Xanım məhz orada zorlandığını iddia etsə də, afrikalı tam başqa fikirdədir. Futbolçu ukraynalı qızla 7 aydır münasibətləri olduğunu və mütəmadi olaraq sekslə məşğul olduqlarını bildirib. Məsələni araşdıran milis hələ yekun qərara gələ bilməyib. Lakin hüquq-mühafizə orqanları qızın sevgilisindən pul qoparmaq məqsədi ilə şikayət etməsinin mümkünlüyü də düşünür.
0