FİFA “Çelsi”yə futbolçu almağı qadağan etdi
03.09.2009 - 18:24
FİFA “Çelsi”yə futbolçu almağı qadağan etdi
FİFA “Çelsi” klubuna qadağa qoyub. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu Londonun təmsilçisinə növbəti iki “transfer pəncərəsi” dövründə yeni futbolçularla müqavilə bağlamağa icazə vermir.

FİFA bununla bağlı rəsmi bəyanat yayıb: “Çelsi”yə yeni futbolçuları qeydiyyatdan keçirməyə qadağa qoyulub. Bu, qərar açıqlanan dövrdən sonrakı iki transfer dönəminə aiddir. “Çelsi” çempionatda keçidləri qeydiyyatdan keçirmək, yaxud xaricdən futbolçu almaq hüququndan məhrum edilib”.

Londonlular belə ağır cəzaya 2007-ci ildə “Fransanın “Lans” klubunun futbolçusu Qael Kakutun imzaladığı müqavilə ilə bağlı fikir ayrılığından sonra məruz qalıb. FİFA həmçinin futbolçunu dörd aylıq diskvalifikasiya edib, “Çelsi”ni isə “Lans”a 780 min avro kompensasiya ödəməyə məcbur edib. Bundan əlavə, London klubu fransızlara daha 130 min avro kompensasiya da ödəməlidir.

Qeyd edək ki, “Çelsi” FİFA-nın bu qərarı ilə bağlı apelyasiya verə bilər.
0