“Turan” darmadağın oldu
03.09.2009 - 22:02
“Turan” darmadağın oldu
"Simurq" bu gün Mingəçevirdə "Turan"la yoxlama görüşündə üz-üzə gəlib. Apasport.az saytının məlumatına görə, zaqatalalıların aşkar üstünlüyü şəraitində keçən qarşılaşma 5:1 hesabı ilə "sarı-qaralar"ın xeyrinə başa çatıb. Fasiləyədək 3 dəfə fərqlənən "Simurq" öz qapısında 1 top görüb.

Hesabı topu künc nöqtəsindən birbaşa qapıya göndərən Tural Cəlilov açıb. Ardınca Sergey Artyux, 34-cü dəqiqədə isə Ruslan Qunçak fərqləniblər. 5 dəqiqə sonra "Turan" penaltini dəqiq yerinə yetirməklə hesab arasındakı fərqi azaldıb. İkinci hissədə də üstünlüyə malik “Simurq” Elşən Məmmədov və Ramil Sayadovun qolları ilə inamlı qələbə qazanıb və Zaqatalaya yüksək əhval-ruhiyyə ilə dönüb.

Növbəti yoxlama görüşü sentyabrın 6-da baş tutacaq. "Simurq" Zaqatala stadionunda Gürcüstan çempionu "VİT-Corciya"nı qəbul edəcək.
0