Suzanna, Emiliya, Katalin...
04.09.2009 - 09:05
Suzanna, Emiliya, Katalin...
19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin Bakıda keçiriləcək oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytını verilən məlumata görə, Azərbaycan yığmasının da yer aldığı 10-cu qrupun qarşılaşmalarına 6 hakim təyinat alıb.

Təmsilçimizlə yanaşı, İspaniya, Kipr və Ukrayna millilərinin mübarizə apardığı qrupun qarşılaşmalarında macarıstanlılar Katalin Kulçar, Katalin Emes Török, polşalılar Emiliya Vnuk, Kinqa Sen, slovakiyalılar Suzanna Kovaçov və Lenka Frontova fit çalacaq.

Qeyd edək ki, seçmə mərhələnin 10-cu qrupunun oyunları sentyabrın 19-24-dək keçiriləcək.
0