Kuqi: Azərbaycan yığmasına qalib gəlməliyik!
04.09.2009 - 09:10
Kuqi: Azərbaycan yığmasına qalib gəlməliyik!
“Mikael Forsellin zədə üzündən Azərbaycana qarşı oynamaması da mənim meydana çıxacağıma təminat vermir. Çünki hücum xəttindəki liderimizi əvəzləyəcək futbolçularımız çoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Finlandiya milli komandasının futbolçusu Şefki Kuqi deyib.

33 yaşlı hücumçu dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də keçiriləcək oyunda Azərbaycan yığmasını məğlub etməli olduqlarını düşünür: “Hücumda kimin yer alacağından asılı olmayaraq, mən də yığmadayam və komandamıza kömək etməyə hazıram. Qarşıda bizim 2 vacib oyunumuz var. Aşağı pillələrə enməmək üçün bundan sonra keçirəcəyimiz bütün matçlarda qələbə qazanmalıyıq. Lakin unutmayaq ki, futbolda hər şey olur. Elə Azərbaycandakı son oyunu xatırlayaq. Bu çox acınacaqlı məğlubiyyət idi. Həmin matça bəzi itkilərlə getmişdik. Nəticədə uduzub Avropa çempionatına vəsiqə qazanmaq üçün vacib olan xallar itirdik”.

Qeyd edək ki, Kuqi milli komandada keçirdiyi 56 oyuna 7 qol vurub.
0