Fin futbolçunun Azərbaycan həsrəti
04.09.2009 - 09:40
Fin futbolçunun Azərbaycan həsrəti
“Azərbaycan milli komandası ilə keçirəcəyimiz oyun özümü göstərmək üçün əla imkandır. Düşünürəm ki, buna görə məşqçilərimi məyus etmərəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Finlandiya yığmasının futbolçusu Niklas Moysander deyib.

Hollandiyanın “Alkmar” klubunda forma geyinən 24 yaşlı müdafiəçi komandamıza qarşı keçiriləcək görüşdə meydana çıxacağına inanır: “Düzdür, hazırda yığmamızın seçmə qrupdakı vəziyyəti heç də yaxşı deyil. Hər halda, mənim üçün meydana çıxmaq sevindiricidir. Amma bu, üzərimdə olan məsuliyyəti daha da artırır. Bunu elə çox gözləmişəm ki, indi xeyli həyəcanlıyam. İndi isə diqqətli olmalıyam ki, səhv etməyim”.

Qeyd edək ki, Moysander Finlandiya yığmasının heyətində 4 oyun keçirib.
0