“Xəzər-Lənkəran”ın sabiq baş məşqçisini unutmayan dünya çempionu
04.09.2009 - 10:36
“Xəzər-Lənkəran”ın sabiq baş məşqçisini unutmayan dünya çempionu
Dünya çempionu Pyer Littbarski “Xəzər-Lənkəran” klubunun ukraynalı sabiq baş məşqçisi Viktor Pasulkonu unuda bilmir. Apasport.az saytının məlumatına görə, Pasulko haqda yüksək fikirdə olan tanınmış alman futbolçu onu hələ oynadığı dövrdən yaxşı xatırlayır.

Ötən əsrin 80-ci illərində UEFA kubokunda görüşən bu futbolçulardan alman “Köln”, ukraynalı Moskvanın “Spartak” klubunun şərəfini qoruyub: “Əlbəttə, “Köln”ün heyətində “Spartak”la UEFA kubokunda oyunları da unutmamışam. Həmin vaxt növbəti mərhələyə heç də asanlıqla çıxmadıq. Yadımdadır, moskvalıların qapısını sonralar Almaniyada oynayan Çerçesov qoruyurdu. Meydanın mərkəzində isə Pasulko diqqət çəkirdi. Bəli, onunla Almaniyada ünsiyyət qururduq. Pasulko gözəgəlimli insandır. Onunla yollarımız sonuncu dəfə Özbəkistanda kəsişib. Viktor da orada yerli komandanı çalışdırırdı. Onunla xeyli söhbətləşdik. Pasulko ilə nə vaxtsa Almaniyada məşqçilər məktəbində birgə təhsil, eyni vaxtda lisenziya almışıq. Sonradan isə veteranlarda bir komandada oynamışıq”.

Qeyd edək ki, 20005/06 mövsümünü ikinci yarısında “Xəzər-Lənkəran”ı çalışdıran 48 yaşlı Pasulko çempionatda məğlub olmadı. Uzun illərdir Almaniyada yaşayan ukraynalı mütəxəssis həmin mövsüm bitəndən sonra istefaya göndərilib.
0