19 yaşlı qapıçı penalti zərbəsindən sonra dünyasını dəyişib
04.09.2009 - 10:51
19 yaşlı qapıçı penalti zərbəsindən sonra dünyasını dəyişib
Rumıniyalı qapıçı Aleksandr Yatana penalti zərbəsi həyatı bahasına başa gəlib. Apasport.az saytının məlumatına görə, bu ölkənin ikinci divizionunda mübarizə aparan “Dunerya” klubunun 19 yaşlı qapıçısı 11 metrlik cərimə zərbəsindən sonra dünyasını dəyişib.

Bədbəxt hadisə komandanın məşqində baş verib. Birinci divizion klubu “Astra”dan icarəyə götürülən Yatanın qoruduğu qapıya ikitərəfli oyunda penalti təyin edilib. Aleksandr ona dəyən top zərbəsindən sonra ayağa qalxıb və oyunu davam etdirib. Özü də o, hələ bundan sonra bir neçə zərbə dəf edib. Ancaq tezliklə qapıçı gözlənilmədən qazona yıxılıb. Həkim huşunu itirən futbolçuya ilk köməyi göstərməyə cəhd edib, həmin vaxtda tibbi yardım maşını da gəlib. Ancaq Yatan xəstəxanaya gedərkən yolda vəfat edib.
0