İqor Ponomaryov: Finlandiya qadın futbolunda lider sayılır, kişi futbolunda yox
04.09.2009 - 10:56
İqor Ponomaryov: Finlandiya qadın futbolunda lider sayılır, kişi futbolunda yox
“Millimiz qələbə qazanmağa borcludur. Yəni əlimizdən gələni etməliyik ki, sabahkı qarşılaşmadan qalib ayrılaq. Futbolçular da bu məsuliyyəti dərk etməlidirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri milli komandamızın sabiq baş məşqçisi İqor Ponomaryov deyib.

Hazırda “Xəzər-Lənkəran” klubunun vitse-prezidenti postunda çalışan Ponomaryov sabah Lənkəranda baş tutacaq Azərbaycan – Finlandiya görüşü haqda danışıb: “Futbolçular başa düşməlidirlər ki, doğma azarkeşlər önündə oynayacaqlar. Lənkəran azarkeşləri haqqında isə xüsusi danışmağa ehtiyac yoxdur. Onların çılğınlığını və öz komandalarına dəstəklərini hamı bilir. Bir sözlə, qələbə qazanmağa şans var. Sadəcə bunun üçün tələb olunan qorxmadan mübarizə aparmaqdır. Futbolçularımız rəqibdən çəkinməməlidirlər. Əksinə, onlara qarşı qətiyyətlə mübarizə aparmalıdırlar və çox aqressiv olmalıdırlar. Bunu bacarsaq, qələbə də qazanacağıq. Rəqib orta səviyyəli Avropa komandasıdır. Bilirsiniz ki, Finlandiya qadın futbolunda liderlərdən sayılır, kişi futbolunda yox”.
0