Rövnəq Abdullayev Azərbaycan - Finlandiya oyununu izləyəcək
04.09.2009 - 11:02
Rövnəq Abdullayev Azərbaycan - Finlandiya oyununu izləyəcək
2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan və Finlandiya yığmalarının Lənkəranda keçiriləcək rəsmi oyununu AFFA prezidenti Rövnəq Abdullayev də izləyəcək. AFFA-nın baş katibi Elxan Məmmədov apasport.az saytına açıqlamasında assosiasiya başçısının bu gün Lənkərana gələcəyini bildirib. Məmmədov dövlət adamlarının, digər qonaqların da Azərbaycan – Finlandiya oyununu izləmək məqsədilə Lənkərana təşrif buyuracağını söyləyib. Bakıdan isə 600 azarkeş bu görüşü izləməyə gələcək. Belə ki, paytaxtda bu sayda bilet satılıb.

Qeyd edək ki, satışa çıxarılan 12000 biletin 70 faizinin Lənkəranda, 30 faizinin Bakıda satılması nəzərdə tutulub.
0