Milli komandamız üçün köhnə rəqib, yeni mərhələ
04.09.2009 - 23:00
Milli komandamız üçün köhnə rəqib, yeni mərhələ
Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası üçün növbəti Avropa çempionatının seçmə mərhələsinin startı veriləcək. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Bernard Lippertin yetirmələri seçmə oyunlara Albaniya ilə səfər qarşılaşması ilə başlayacaq. Qitə çempionatına vəsiqələr uğrunda mübarizə xeyli əvvəl başlasa da Durres şəhərindəki görüş yığmamız üçün birinci olacaq.

Elə komandamızın mübarizə apardığı qrupda da millimiz hələlik oyun keçirməyən yeganə kollektivdir. U-21-in seçmə mərhələdəki ilk rəqibi yığmamız üçün tanış komandadır. Belə ki, bu yığmalar ardıcıl ikinci seçmə mərhələdir ki, eyni qrupda mübarizə aparır. 2007-ci ilin oktyabrında Bakıda, ötən ilin sentyabrında Albaniyada qarşılaşan millilər kimin güclü olduğunu müəyyənləşdirə bilməmişdi. Evdə 1:1 hesabı ilə kifayətlənən futbolçularımız səfərdə qolsuz heç-heçəyə sevinmişdi.

Yığmamızın yer aldığı qrupda daha bir oyun keçiriləcək. Maksimum nəticə ilə liderlik edən Şotlandiya yığması səfərdə Avstriya ilə qarşılaşacaq.

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi
X seçmə qrupu


5 sentyabr, saat 19:30
Albaniya - Azərbaycan
Hakim: Stefano Podeşi
Hakim köməkçiləri: Manuel Xiusti, Massimo Zanotti, Qabriele Rossi (hamısı San Marino)
Hakim-inspektor və UEFA nümayəndəsi: Emanuel Zammit (Malta)
Durres şəhəri. “Niko Dovana” stadionu

1

Şotlandiya

2

2

0

0

6-2

6

2

Belarus

1

1

0

0

2-1

3

3

Avstriya

1

0

0

1

1-2

0

4

Albaniya

2

0

0

2

2-6

0

5

Azərbaycan

0

0

0

0

0-0

0

0