Azərbaycan yığmasının futbolçusu “Lokomotiv”də!
04.09.2009 - 11:24
Azərbaycan yığmasının futbolçusu “Lokomotiv”də!
Azərbaycan milli komandasının sabiq futbolçusu Narvik Sırxayev məşqçilik fəaliyyətinə başlayıb. Apasport.az saytının məlumatına görə, 35 yaşlı veteran futbolçunun çalışdırıcı kimi ilk iş yeri Moskva “Lokomotiv”i olub. Sırxayev Rusiya çempionatının ikinci divizionun Qərb zonasında çıxış edən “Lokomotiv-2” komandasında baş məşqçi Yevgeni Xarlaçovun köməkçisi təyin edilib. Onun yeni komandası yığmamızın daha bir sabiq üzvü Emin Ağayevin çıxış etdiyi Tver “Volqa”sı ilə eni zonada mübarizə aparır.

1996-1999-cu illərdə yığmamızın heyətində çıxış edən Narvik bu müddətdə keçirdiyi 17 oyunda 1 qol vurub. Karyerası ərzində Mahaçqalanın “Dinamo”, “Anji”, həmçinin digər Rusiya klubları “Terek”, “Torpedo-Metallurq” və “Lokomotiv”də oynayan Sırxayev “dəmiryolçular”ın heyətində çempionat (2002) və Superkubokun (2003) qalibi olub.

Qeyd edək ki, 2008-ci ilin birinci yarısında Bakının “Olimpik” klubunda çıxış edən rusiyalı o vaxtdan Ali Məşqçilər Məktəbinin tələbəsidir.
0